“Ankarada Rusiya ilə ABŞ arasında danışıqlar gedir”- “Kommersant”

Ankarada Rusiya ilə ABŞ arasında danışıqlar gedir.

Azpost.info xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

Qəzet Türkiyədəki mənbəyə istinadən xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin rəhbərliyi altında Ankaraya gələn Rusiya tərəfi ilə ABŞ arasında danışıqlar gedir.

Mənbə danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, bu danışıqlarla bağlı əvvəldən hər hansı məlumat verilməmişdi. Rusiya və ABŞ-ın iştirakı ilə məsləhət komissiyası sonuncu dəfə 2021-ci ilin oktyabrında toplaşıb.

Azpost.info

Əvvəlki məqalə

Vladimir Zelenski azad olunmuş Xersona gəlib

Sonrakı məqalə

İndoneziyada olan Lavrov xəstəxanaya yerləşdirilib?