Ankarada Rusiya ilə ABŞ arasında danışıqların getdiyi rəsmən təsdiqləndi- DETALLAR

Türkiyə hökuməti Ankarada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin arasında görüş keçirildiyini rəsmən təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun məlumat verib.

“Türkiyə Milli Kəşfiyyat İdarəsinin təşkil etdiyi görüş Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın dünya sülhünə verdiyi daha bir mühüm töhfədir”, – Altun “Associated Press”ə bildirib.

Altun qeyd edib ki, görüşdə müzakirələr beynəlxalq təhlükəsizliyə təhdidlər, ilk növbədə nüvə silahından istifadə təhlükəsi ətrafında gedib: “Daha əvvəl Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkili və “taxıl sazişi”nin bağlanması üçün vasitəçilik səyləri göstərən Türkiyə sülh naminə bütün maraqlı tərəflərlə danışıqları davam etdirəcək və bu proses çərçivəsində gələcək təşəbbüslərdən çəkinməyəcək”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının adının açıqlanmasını istəməyən sözçüsü Türkiyə mətbuatına görüşün baş tutduğunu təsdiqləyib.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ankarada Rusiya ilə ABŞ arasında keçirilən danışıqlarla bağlı  açıqlamasında məlumatı nə təsdiq, nə də təkzib edə biləcəyini demişdi.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın Baş naziri Azərbaycana gəlir

Sonrakı məqalə

Bayden G20 sammitində Ərdoğana təşəkkür edib