Türkiyənin Antalya şəhərində keçirilən XII Kitab Sərgisini 1 milyondan çox insan ziyarət edib.
Azpost.info xəbər verir ki, oktyabrın 21-dən 30-dək “Şüşə Piramida” Konqres Mərkəzində keçirilən sərgidə 215 yazıçı, 220 yerli və beynəlxalq nəşriyyat iştirak edib.
Bu il sərgi “Həyatı kitabla davam etdir” şüarı altında keçirilib.
Sərgini Antalyanın bələdiyyə sədri Muhittin Böcek də ziyarət edib, kitabsevərlərlə görüşlər keçirib.
Böcek qeyd edib ki, 2023-cü ildə kitab sərgisi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunacaq.
Azpost.info