APA TV-nin sabiq rəhbəri Cavid İsmayıl yeni vəzifəyə təyin olunub

Diasporla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

 Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib.
Bundan başqa, tanınmış jurnalist Cavid İsmayıl Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini təyin edilib.
Qeyd edək ki, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl bundan əvvəl APA.TV-nin rəhbəri vəzifəsində çalışıb.
Tarix üzrə fəlsəfə doktoru, Beynəlxalq münasibətlər üzrə ekspert Yəhya Babanlı isə bir müddət Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nigeriyada 21 mərtəbəli bina uçdu-

Sonrakı məqalə

Moskva aeroportlarında çox sayda reys ləğv olunub