“Apple” 12 min əməkdaşına evdən işləməyi təklif edib

07 Mart 2020 - 15:53

“Apple” şirkəti koronavirusun yayılması ilə əlaqədar Kaliforniya ştatının Kupertino şəhərindəki mənzil-qərargahının 12 min əməkdaşına evdən işləməyi təklif edib.

Trend-in məlumatına görə, əməkdaşların evdən işləməsi bəzi layihələrin icrasını sual altında qoya bilər.

Qeyd olunur ki, məhz buna görə bu tədbir tövsiyə xarakteri daşıyır.

Xatırladaq ki, “Facebook”, “Amazon”, “Google” və “Microsoft” şirkətləri də analoji addımı atıb.