“Vəzifədəyəm, deyiləm, bunu jurnalistlər bilir. Mən heç nə bilmirəm”.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov vəzifədən azad olunması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
O, bundan artıq sözü olmadığını deyərək, dəstəyi asıb.
Qeyd edək ki, bu gün V.Əsədovun sərəncama göndərilməsilə bağlı məlumatlar yayılıb.