Xankəndi guruhunun rəhbəri Arayik Arutyunyan rəsmən sabah istefa verəcək.
Azpost.info xəbər verir ki, bu barədə onun mətbuatda yayılan bəyanatında deyilir.
Arutyunyan bildirib ki, onun tərcümeyi-halı və Azərbaycanın ona münasibəti gələcək addımlar və çevik siyasət baxımından süni problemlər yaradır. Üstəlik, müharibədəki məğlubiyyət və müharibədən sonrakı çətinliklər hakimiyyətin, xüsusən də onun etibarını azaldıb ki bu da gələcək yaxşı idarəçiliyə mane olur. Bu səbəbdən də dəyişikliyə özündən başlamaq qərarına gəlib.
“Bu, son qərardır. Bu qərarı iki gün əvvəl son həftələrdə daxili və xarici aktorlar və geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq vermişəm. Bu, yalnız məndə olan məlumatların təhlili əsasında balanslaşdırılmış qərarımdır”, – Arutyunyan qeyd edib.
Azpost.info