“Araşdırılan bir cinayət işi ilə bağlı ifadə verdim” –

Əli Əliyev saxlanma səbəbi barədə danışdı
06 Noyabr 2021 - 23:53

Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev saxlanılması ilə ilə bağlı “Xural TV”nin canlı yayımında danışıb.

“Araşdırılan bir cinayət işi ilə bağlı ifadə verdim. Bunun detalları ilə bağlı hələlik danışa bilmərəm. Yəqin ki, ictimaiyyətə məlumat veriləcək. “Bumeranq TV” getmiş bir sıra videolarla bağlı araşdırma başlayıb, o araşdırmanın detalları soruşulurdu. Mən şahid qismində danışmışam”, – partiya sədri qeyd edib.

O, “qara maskalılar” tərəfindən saxlanılması ilə bağlı sualı məlumatı təkzib edib: “Qara maskalılar olmayıb. Hörmətlə qarşılandım, ancaq sayğılı münasibət gördüm. Dəvət olunmağımın səbəbi kimi yalnız aparılan cinayət işinin təfərrüatının aydınlaşdırılması göstərilib. Mən də o barədə bildiklərimin hamısını demişəm”.