Argentina Evo Moralesə siyasi sığınacaq verdi

- XİN başçısından açıqlama
13 Dekabr 2019 - 14:51

Boliviyanın sabiq prezidenti Evo Morales Meksikanı tərk edərək Argentinaya gedib.

BBC-nin verdiyi məlumata görə, Argentinanın Xarici İşlər naziri Felipe Sola bildirib ki, E. Moralesə siyasi sığınacaq verilib.

“Artıq Evo Morales paytaxt Buenos – Ayresə gəlib. O, burada olmaqdan çox məmnundur. Moralesin dediyinə görə, o, Argentinada özünü Meksikada olduğundan daha yaxşı hiss edir”, – deyə Argentina XİN başçısı qeyd edib.

Xatırladaq ki, oktyabrın 20-dən başlayan etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti E. Morales istefa verdiyini açıqlayıb. Bundan sonra E. Morales Boliviyanı tərk edərək Meksikaya gedib.