Argentina Evo Moralesə siyasi sığınacaq verdi- XİN başçısından açıqlama

Boliviyanın sabiq prezidenti Evo Morales Meksikanı tərk edərək Argentinaya gedib.

BBC-nin verdiyi məlumata görə, Argentinanın Xarici İşlər naziri Felipe Sola bildirib ki, E. Moralesə siyasi sığınacaq verilib.

“Artıq Evo Morales paytaxt Buenos – Ayresə gəlib. O, burada olmaqdan çox məmnundur. Moralesin dediyinə görə, o, Argentinada özünü Meksikada olduğundan daha yaxşı hiss edir”, – deyə Argentina XİN başçısı qeyd edib.

Xatırladaq ki, oktyabrın 20-dən başlayan etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti E. Morales istefa verdiyini açıqlayıb. Bundan sonra E. Morales Boliviyanı tərk edərək Meksikaya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində

Sonrakı məqalə

“Rusiyaya inteqrasiya məsələsində həssas məqamlar var”