Aslan İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa edilib

Tanınmış vəkil Aslan İsmayılov Vəkillər Kollegiyasına üzvlüyü bərpa edilib.

Azpost.info bildirir ki, bu barədə A.İsmayılov məlumat verib.

“2013-cü ildən apardığım 9 illik mübarizədən sonra pozulmuş haqqımın bərpasına nail oldum. Dünən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin 8 aprel 2022-ci il tarixli Vəkillər Kollegiyasının üzvlüyünə bərpa edilməyimlə bağlı iclas protokolundan çıxarışı və vəkillik vəsiqəsini təqdim etdi”-deyə o bildirib.

Vəkil deyib ki, Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənovun böhtanına əsasən N.Nərimanov rayon Məhkəməsinin 10 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə vəkillikdən xaric edilib. 17 mart 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan məhkəmələrinin haqqında çıxarılmış bütün qərarlarını qanunsuz sayıb: “Təxminən 1 il yarımdan sonra, 8 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmə bütün məhkəmə qərarlarını ləğv etdi. 2 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi vəkillikdən xaric edilməyimlə bağlı məhkəmə qərarını ləğv etdi”.

A.İsmayılov deyib ki,  gələcəkdə vəkillik strukturunda, yaxud başqa sahələrdə heç vaxt hansısa vəzifə tutmaq fikrində deyil.  “Bacardığım qədər vəkillik institutunun nüfuzun yüksəlməsində əlimdən gələni edəcəm. Hüquqi dövlət, ədalətli məhkəmə birinci növbədə müstəqil və cəmiyyətdə nüfuzu olan vəkillikdən asılıdır. Vəkillikdə gördüyüm nöqsanları da görməməzliyə vuran deyiləm”-deyə o vurğulayıb.

Əvvəlki məqalə

“Navalnının azad edilməsi Ukrayna üçün ən pis variantdır” –

Sonrakı məqalə

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib