AŞPA müşahidə missiyası Bakıya gəlib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana gəlib.

“Report” xəbər verir ki, nümayəndə heyətinə almaniyalı deputat Frenk Şvabe başçılıq edir.

Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.

Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda aptek müdirinin asılmış meyiti tapılıb

Sonrakı məqalə

Fərəc Quliyev MSK-nın qərarına münasibət bildirdi: