Avrokomissiya Aİ ölkələrini ikinci koronavirus dalğasına hazırlaşmağa çağırıb

11 May 2020 - 15:34

Avropa İttifaqına (Aİ) üzv ölkələr yeni koronavirus (COVID-19) infeksiyasının mümkün ikinci dalğasının başlamasına hazırlaşmalıdır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi bildirib.

“Risklərin son qiymətləndirilməsinin nəticələrinə əsasən, üzv ölkələr ikinci dalğaya hazırlaşmalıdır”, – deyə o qeyd edib.