“Avropa ABŞ-a görə Ukraynadakı münaqişəni dayandıra bilmir”- LUKAŞENKO

“Avropa ölkələri öz evlərində baş verən yanğını söndürə bilmirlər”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, avropalılar Ukrayna da daxil olmaqla, heç bir münaqişənin olmasını istəmirlər, çünki ondan sonra bütün Avropa “alovlana” bilər.

“Avropalılar Ukrayna münaqişəsini istəmirlər. Onlar başa düşürlər ki, bu gün Ukrayna, sabah bütün Avropa alovlanacaq”, – Lukaşenko qeyd edib.

Onun fikrincə, bəzi dövlətlərin elitası Ukrayna böhranını həll etməyə can atmır, əksinə, öz təsirlərini saxlamaq üçün yeni münaqişə yaratmağa çalışırlar.

Belarus lideri əlavə edib ki, bu vəziyyətdə Avropa fərqli hərəkət etməlidir, lakin ABŞ buna mane olur: “Avropalılar oyanmalı və müharibəni dayandırmalıdırlar. Amma bunu edə bilmirlər. Amerikalılar buna mane olur”.

Azpost.info

Əvvəlki məqalə

Putin G20 sammitinə qatılacaq?

Sonrakı məqalə

Marina Əhmədova  Rusiyanın”Regnum” Agentliyinə rəhbər təyin edilib