Avropa Kosmik Agentliyi Rusiya ilə Ayda əməkdaşlığı dayandırdığını açıqlayıb.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Söhbət, Rusiyanın planlaşdırdığı “Luna-25”, “Luna-26” və “Luna-27” Ay missiyalarından gedir. Qeyd olunur ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropa Kosmik Agentliyinin Ay əməkdaşlığını həyata keçirməsini qeyri-mümkün edir.
Azpost.info