Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, qərar Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsi və Belarusun təcavüzdə iştirakına cavab olaraq qəbul edilib.
Yeni paketə ölkənin hərbi-texniki cəhətdən təkmilləşməsinə töhfə verən xüsusilə həssas mal və texnologiyaların tədarükünə qadağa daxildir.
Bundan başqa, odlu silah və döyüş sursatı, həmçinin aviasiya və kosmik sənayedə istifadə oluna bilən mal və texnologiyaların ixracına əlavə məhdudiyyətlər qoyulur.
Avropa Komissiyası bildirir ki, yeni tədbirlər sürətləndirilmiş şəkildə tətbiq edilir və Belarus vasitəsilə Rusiyaya qarşı əvvəllər qoyulmuş məhdudiyyətlərdən yan keçməyin mümkünsüzlüyünü təmin etmək üçün nəzərdə tutulub.
Azpost.info