“Avropa İttifaqı Nigerə maliyyə dəstəyini və onunla əməkdaşlığı dayandırır”.
Azpost.info xəbər verir ki, bunu Aİ-ni xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Jozep Borrel bildirib.
Onun sözlərinə görə, Nigerin respublika qurumlarının bütövlüyünə qarşı edilən bu qəbuledilməz hücum Aİ ilə Niger arasında bütün müxtəlif aspektlərdə tərəfdaşlıq və əməkdaşlığa öz mənfi təsirini göstərəcək.
“Bu baxımdan, büdcə dəstəyinin dərhal geri çəkilməsi ilə yanaşı, bütün təhlükəsizlik əməkdaşlıq fəaliyyətləri dərhal qüvvəyə minməklə qeyri-müəyyən müddətə dayandırılır”, – Borrel əlavə edib.
Qeyd edək ki, Aİ Nigerdə çevriliş nəticəsində hakimiyyətə gələn qüvvələri tanımadığını bəyan edib.
Azpost.info