“Avropa İttifaqı ölkələri Türkiyə ilə münasibətlərin inkişafını istəmir” –"HÜRRİYET"

Avropa İttifaqı ölkələri arasında Türkiyə ilə münasibətlərin inkişafı ilə bağlı nə istək, nə də konsensus var. Ankara ilə Brüssel arasında danışıqlar prosesinin indiki mərhələsində hər şey “yağ kimi” getmir.

Azpost.info bildirir ki, bu barədə “Hürriyet” qəzeti yazır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhel ilə birgə mətbuat konfransında qeyd edib ki, Türkiyə Aİ-ni Ankara ilə Brüssel arasında əlaqələrin inkişafı üçün lazımi iradə nümayiş etdirməyə və daha cəsarətli hərəkət etməyə çağırır.

Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin ən problemli sütunlarından biri olan Avropa Parlamenti (AP) Ankara ilə Brüssel arasında münasibətlərin fərqli formatında israr edir. Hazırda Türkiyə Avropa İttifaqı ilə münasibətlərinin əvvəlki məcrasına qaytarmaq arzusunu gizlətmir, Aİ-nin Ali Nümayəndəsi Jozep Borrel münasibətlərin gələcəyi barədə öz hesabatı üzərində işi başa çatdırır. Amma bu tələblərin üzv-ölkələr tərəfindən dəstək alacağı şansı sıfıra bərabərdir.  Buna görə AP-nin Türkiyə üzrə məruzəçisi, ispaniyalı parlamentari Naço Sançes Amor məsələni dayandırmaq məcburiyyətində qaldı”, – deyə nəşr yazır.

Qəzet qeyd edir ki, “indiki mərhələdə münasibətlərdə hər şey rəvan deyil. Bəzi ölkələr, məsələn, Avstriya fəal şəkildə danışıqlara son qoymağa çağırır”.

“Lakin Avropa İttifaqı prosesləri Türkiyəni qane etməyən istiqamətə döndərmək, nə də körpüləri tamamilə yandırmaq arzusu və fikiri də yoxdur. Aİ son vaxtlar Türkiyə ilə yeni münasibətlər qurmağa çalışdığını gizlətmir. Lakin bunu üzvlük perspektivindən tamamilə imtina etməkdənsə, diqqəti qarşılıqlı maraq doğuran sahələrdə konkret addımlara yönəltməklə edir”, – deyə qəzet yazır.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. İsveç Avropa İttifaqının üzvü kimi ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə yardım edəcəyinə söz verib.

“Hürriyet” yazır ki, Ankaranın hədəfləri ilə gözləntiləri arasında dərin uçurum var,

Azpost.info

 

Əvvəlki məqalə

XİN-də struktur dəyişikliyi oldu

Sonrakı məqalə

ABŞ sülh razılaşması üçün Ermənistan və Azərbaycanla çalışacaq