Avropa İttifaqı Rusiyaya kömək edən ölkələrə sanksiya tətbiq edəcək

Avropa İttifaqı Rusiyaya sanksiyaları yarmağa kömək edən ölkələrə qarşı məhdudiyyətlər tətbiq edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, məhdudiyyətlər əsas malların və texnologiyaların ticarətində sıçrayışlar edən ölkələrə tətbiq olunacaq.

“Bloomberg”in mənbələri bildiriblər ki, Aİ-nin yeni sanksiyalar paketinin məqsədi Rusiyanın istifadə edə biləcəyi ticarət kanallarını kəsmək, eləcə də digər ölkələrin liderlərinə məhdudiyyətlərdən yayınmağın mənfi nəticələrə səbəb olacağını göstərməkdir.

Azpost.info

Əvvəlki məqalə

XİN Paşinyana cavab verib

Sonrakı məqalə

“Laçın” sərhəd NBM-dən erməni sakinləri artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başlayıb”