Avropa İttifaqı Rusiyaya qonşu olan dövlətlər üçün sanksiya hazırlayır

Avropa İttifaqı Rusiyaya məhdudiyyətlərdən yayınmaqda kömək edən üçüncü ölkələrə qarşı yeni sanksiyalar mexanizmini müzakirə edir.

Azpost.info bildirir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, əsas məqsəd bu ölkələrin Moskvaya köməyinin qarşısını almaq, və onların istifadə edə biləcəyi ticarət kanallarını kəsməkdir.

Bundan başqa zəruri məhsullara ünvanlı məhdudiyyətlərin tətbiqi planlaşdırılır. “Brüssel həmçinin bəzi mövcud ixrac tədbirlərini genişləndirmək və Rusiya ərazisindən çox sayda malların tranzitinə qadağa qoymaq niyyətindədir” – mənbələr bildirib.

Ehtimal olunur ki, Avropa İttifaqı  iki sanksiya siyahısı yarada bilər: Bunlardan biri üçüncü ölkələri əhatə edəcək,  digəri isə qadağan olunmuş mallardan ibarət olacaq.

Agentlik yazır ki, sanksiya tədbirləri əsasən Mərkəzi Asiya ölkələrinə və Rusiyanın yaxın qonşularına yönələcək.

Azpost.info

Əvvəlki məqalə

İran dünyada kiberhücumları gücləndirib –

Sonrakı məqalə

“Bakı Marafonu – 2023” ilə bağlı bu küçələr bağlanacaq –