“Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul etdi”- BORREL

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 10-cu sanksiya paketini qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel “Tviter” səhifəsində yazıb.

Yeni sanksiya siyahısına 121 fiziki və hüquqi şəxs daxil edilib.

Borrelin sözlərinə görə, məhdudiyyətlər ən azı 6 min ukraynalı uşağın deportasiyasına və məcburi övladlığa götürülməsinə görə məsuliyyət daşıyanlara da təsir edəcək.

Azpost.info

Əvvəlki məqalə

Göygöl icra başçısının birinci müavini təqaüdə göndərilib

Sonrakı məqalə

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb