Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketini razılaşdırıb

Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Suriyadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər.

Bu barədə İsveçin sədrliyi ilə keçirilən Aİ Şurasının iclasında qeyd olunub.

“Bu gün Aİ 10-cu anti-Rusiya sanksiyalar paketini təsdiqləyib”, – deyə bildirilib.

Aİ-nin Rusiya qarşı 10-cu sanksiyalar paketinə ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri daxildir.

Aİ-yə üzv dövlətləri Ukraynanın müharibədə qalib gəlməsinə kömək etmək üçün indiyə qədər ən güclü və genişmiqyaslı sanksiyaları tətbiq ediblər.

Aİ Ukrayna və Ukrayna xalqı ilə birlikdədir.

“Biz Ukraynanı nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki məqalə

Zeynəb Xanlarovanın 33 il əvvəl BMT-də verdiyi konsertdən NADİR GÖRÜNTÜLƏR –

Sonrakı məqalə

Fevralın bütün təqaüd və sosial ödənişləri verilib