Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiya paketi üzərində işləyir

Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq bu ölkəyə qarşı sanksiyaların 6-cı paketi üzərində işləyir.

APA xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Çox şadam ki, Avropa Komissiyası artıq açıq şəkildə bəyan edib ki, biz Rusiyaya qarşı sanksiyaların 6-cı paketi üzərində işləməyə başlayırıq və bu paketə neftlə bağlı seçim də daxil olacaq. Biz artıq konsensus üzərində işləyirik və ümid edirəm ki, bu dəfə razılıq əldə olunacaq. Bizim niyə sanksiyalar tətbiq etdyimizin səbəbini bilmək üçün Kiyevə, Buçaya, İrpinə gedin, orada olanları öz gözlərinizlə görün”, Litva xarici işlər naziri vurğulayıb.

Əvvəlki məqalə

“Yaxın günlərdə Donbasda döyüşlər daha da şiddətlənəcək” –

Sonrakı məqalə

“Avropa Komissiyasının üzvləri casus proqramı ilə izlənilib” –