Avropa İttifaqı Rusiyaya qarşı neft embarqosunu müzakirə edir

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı altıncı sanksiyalar paketi Rusiyadan neft idxalına məhdudiyyəti nəzərdə tutur.

“RİA- Novosti“nin xəbərinə görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib.

“Biz altıncı sanksiyalar paketi üzərində işləyirik. Baxılan məsələlərdən biri də neft embarqosudur. Sanksiya tətbiqi zamanı elə etmək lazımdır ki, Rusiyaya təzyiq artsın, biz isə mümkün qədər az ziyana düşək” – deyə Dombrovskis vurğulayıb.

Dombrovskisin sözlərinə görə, sanksiyanın detalları hələ razılaşdırılmayıb.

Əvvəlki məqalə

Ukrayna və ABŞ Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanlarını müzakirə edir

Sonrakı məqalə

Makron Parisdə gəzintiyə çıxdı, Eyfel qülləsindən xalqa müraciət etdi