Avropa İttifaqı Serbiyanı maliyyə yardımından məhrum edə bilər –Rusiyaya dəstəyinə görə

Avropa İttifaqı (Aİ) Rusiyaya dəstəyinə görə Serbiyanı maliyyə yardımından məhrum edə bilər.

Azpost.info xəbər verir ki, Avropa Parlamentinin Belçikadan olan üzvü Yohan Van Overtveldt bu istiqamətdə konkret təkliflə çıxış edib. “Serbiyanın Rusiyaya dəstəyi Avropa İttifaqının kursuna uyğun gəlmir. Ona görə də quruma üzvlüyə namizəd kimi, Serbiyaya maliyyə yardımının mümkünlüyünə yenidən baxılmalıdır”, – Overtveldt deyib.

Onun sözlərinə görə, Serbiya 2014-cü ildən 2020-ci ilə qədər Avropa İttifaqından 1,5 milyard avro, 2021-ci il dekabrın 15-də isə 122 milyon avro alıb. Eyni zamanda, ölkə onu Aİ-yə daxil olmaq şansından məhrum edə biləcək korrupsiya və hakimiyyətin təmərküzləşməsi problemlərinin həllində hələ kifayət qədər irəliləyiş əldə etməyib.

Serbiya 2012-ci ildə Aİ-yə namizəd statusu alıb.

Mayın 4-də prezident Aleksandar Vuçiç Belqradın birləşmə yolunda möhkəm dayanmağa davam edəcəyini açıqlayıb: “Şübhə yoxdur ki, Serbiyanın seçimi Avropa yolunda olmaqdır və bu yola sadiq qalacağıq”. Eyni zamanda, o, “Financial Times”a müsahibəsində Aİ-nin çağırışlarına baxmayaraq, Serbiyanın milli maraqlarını təhlükəyə atmayacağını və Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayacağını bildirib.

Azpost.info

Əvvəlki məqalə

Məscidlərə din xadimlərinin təyinat qaydaları müəyyənləşib –

Sonrakı məqalə

Ev sahibi icarə pulunu verə bilməyən Qaz İdarəsini ofisdən çıxarıb –