Avropa İttifaqı Türkiyəyə yardım təklif etdi- AÇIQLAMA

“Avropa İttifaqı ölkələri yüzlərlə insanın həyatına son qoyan zəlzələdən sonra Türkiyə və Suriyaya kömək etməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström öz “Tviter” hesabında yazıb.

O, qeyd edib ki, Aİ rəhbərliyi gələcək fəaliyyətləri əlaqələndirmək üçün Türkiyə xarici işlər naziri və Suriya hökuməti ilə əlaqə saxlayacaq.

“Türkiyədə və Suriyada baş verən zəlzələnin dəhşətli nəticələrinə görə dərin təəssüf hissi keçirirəm. İsveç Aİ Şurasına sədrlik etdiyi üçün biz Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Suriyaya müraciət edəcəyik ki, bu ölkələrə kömək etmək üçün Avropa İttifaqının səylərini koordinasiya etsinlər”, – Billström deyib.

İtaliyanın xarici işlər naziri Antonio Tajani də öz növbəsində zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə mülki müdafiə mütəxəssisləri göndərməyə hazır olduğunu açıqlayıb.

Azpost.info

Əvvəlki məqalə

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Sonrakı məqalə

Milli Məclisədə KİV-lərə vergi güzəştləri barədə müzakirə aparılır