Avropa İttifaqı Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilərmi? –Borrel açıqladı

“Avropa İttifaqı Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi ola bilməz”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayənədsi Jozep Borrel deyib. “Biz yox. Biz Rusiyanı vasitəçi kimi qəbul etməyəcəyimiz kimi, ruslar da bunu qəbul etməyəcək”, – Aİ rəsmisi qeyd edib.

Eyni zamanda o əlavə edib ki, vasitəçi kimi Çin də uyğun deyil, çünki Rusiyaya meyllidir: “Türkiyə çox yaxşı iş görür. Onun hər iki tərəflə yaxşı əlaqələri var. Əlbəttə ki, ən yaxşısı Birləşmiş Millətlər Təşkilatı olardı”.

Borrel onu da bildirib ki, Avropa İttifaqı Ukraynaya silah tədarükünü davam etdirəcək, həmçinin Rusiya iqtisadiyyatını zəiflətməyə çalışacaq.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanlı milyarderin 400 milyonluq yaxtasına həbs qoyuldu –

Sonrakı məqalə

Ləğv edilmiş pensiya və əlillik işlərində bu qədər qənaət əldə edilib –