“Avropa İttifaqında ciddi hərbi güc olmalıdır” –Borrel

“Ukrayna münaqişəsi Avropa İttifaqına sübut etdi ki, təkcə yumşaq güc kifayət deyil”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel bildirib.

Borelin fikrincə, birlik hərbi gücə çevrilməlidir ki, bunun üçün də Avropa dövlətləri müdafiə xərclərini artırmalıdır: “Ukraynadakı münaqişədən öyrəndik ki, ticarət kifayət deyil, qanunun aliliyi kifayət deyil, güclü mülki güc olmaq kifayət deyil. Avropa İttifaqında ciddi hərbi güc olmalıdır. Üzv ölkələr koordinasiyalı şəkildə müdafiə xərclərini artırmalıdır”.

Azpost.info

Əvvəlki məqalə

Zelenski Ərdoğana Putinlə görüşmək istədiyini deyib

Sonrakı məqalə

Azərbaycanlı idmançı Türkiyədə qətlə yetirildi –