“Avropa İttifaqının Çindən asılılığı riski artır”- “Reuters”

Qəti addımlar atmasa, Avropa İttifaqı 2030-cu ilə qədər litium-ion batareyaları və yanacaq elementləri üzrə Çindən bir vaxtlar (Ukrayna müharibəsindən əvvəl) enerji baxımından Rusiyadan asılı olduğu qədər asılı vəziyyətə düşə bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” bu barədə 2023-cü ilin ikinci yarısında Aİ Şurasına sədrlik edən İspaniyanın hazırladığı sənədə istinadən yazır.

Sənəd oktyabrın 5-də Qranadada keçiriləcək Aİ liderlərinin görüşündə Avropanın iqtisadi təhlükəsizliyinə dair müzakirələr üçün əsas təşkil edəcək. Burada Avropa Komissiyasının Avropanın Çindən hədsiz asılılığı riskini azaltmaq istiqamətində təklifləri yer alacaq.

Sənəddə deyilir ki, günəş və külək kimi bərpa olunan enerji mənbələrinin fasiləli xarakterini nəzərə alaraq, Avropa 2050-ci ilə qədər xalis sıfır karbon emissiyası hədəfinə çatmaq üçün enerji yığmağın yollarını tapmalıdır. Bu da öz növbəsində litium-ion akkumulyatorlara, yanacaq elementlərinə və elektrolizatorlara tələbatın kəskin artmasına gətirib çıxaracaq.

Azpost.info

Əvvəlki məqalə

Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sonrakı məqalə

Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi ekshumasiya işlərinə ciddi maneələr yaradır