“Avropa Komissiyasının üzvləri casus proqramı ilə izlənilib” –“Reuters”

Avropa Komissiyasının yüksək rütbəli bir neçə məmuru İsrailin “NSO Group” şirkəti tərəfindən hazırlanmış casus proqramları ilə izlənilib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” hadisənin təhqiqatına dair mənbələrə və sənədlərə istinadən məlumat yayıb.

Sənədlərə görə, “qurbanlar” arasında belçikalı siyasətçi, ədalət və qanunun aliliyi üzrə Avropa komissarı Didye Reynders də var. Ondan başqa Avropa Komissiyasının ən azı dörd yüksək vəzifəli məmurunun cihazlarında casus proqramı aşkarlanıb. Avropa Komissiyasına yaxın iki mənbə “Reuters”ə bu məlumatları təsdiqləyib.

Agentliyin həmsöhbətləri bildiriblər ki, “Apple” ötən ilin noyabr ayında bəzi “iPhone” sahiblərinə müvafiq xəbərdarlıq mesajları göndərdikdən sonra Komissiya hücumlardan xəbərdar olub. Ötən iyul ayında “Forbidden Stories” jurnalist təşkilatı və “The Washington Post”, “The Guardian”, “Haaretz” kimi media qurumları bəzi ölkələrin hakimiyyət orqanlarının siyasətçilərin, jurnalistlərin və fəalların telefonlarını sındırmaq üçün “NSO Group” proqram təminatından istifadə etdiyini bildirmişdi. Araşdırma zamanı üzə çıxmışdı ki, dinlənilən telefonların sızdırılmış siyahılarından birində 50 min nömrə olub. Bundan sonra ABŞ Ticarət Departamenti “NSO Group”u ölkənin milli təhlükəsizlik və xarici siyasət maraqlarını təhdid edən hərəkətlərinə görə qara siyahıya salmış, “Apple” isə şirkəti məhkəməyə vermişdi.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiya paketi üzərində işləyir

Sonrakı məqalə

“I Pyotr indi Ukraynanı görsəydi, qəbirdə çevrilərdi” –