Avropa Məhkəməsi rusiyalı milyarderlə bağlı qərar verdi

Avropa Məhkəməsi Maqnitoqorsk Dəmir-Polad Zavodunun (MMK) direktorlar şurasının sədri Viktor Raşnikova qarşı sanksiyaları ləğv etməkdən imtina edib.

Azpost.info xəbər verir ki, milyarderin iddiası rədd edilib.

İndi iş adamı məhkəmə xərclərini ödəməlidir.

Raşnikov 2022-ci il martın 15-də Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Onun Rusiyanın aparıcı oliqarxlarından biri olduğu və Krımın ilhaqına və Ukraynada vəziyyətin sabitliyinin pozulmasına görə məsuliyyət daşıyan hökumətə əhəmiyyətli gəlir mənbəyi təmin etdiyi bildirilir.

Məhdudiyyətlərə qədər Raşkin MMK-dakı payını (79,76 faiz) Kiprdən Rusiyaya çəkə bilib.

Azpost.info

Əvvəlki məqalə

“Calvin Klein” və “Tommy Hilfiger” brendlərinin istehsalçısı Rusiya bazarından getdi

Sonrakı məqalə

Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır