Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) Ukraynaya hərbi müdaxiləni pisləyərək Rusiya ilə əməkdaşlığı dayandırıb. Və Rusiya üçün müşahidəçi statusunu ləğv edib.
Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın təhsil və elm naziri Sergey Şkarlet məlumat verib. Nazirin sözlərinə görə, CERN yüksək enerji fizikası sahəsində ukraynalı əməkdaşların bütün təşəbbüslərini dəstəkləyəcəyini bəyan edib. “CERN İkinci Dünya müharibəsindən sonra xalqları və insanları sülh yolu ilə elm axtarışında bir araya gətirmək üçün yaradılıb. Bu təcavüz təşkilatın müdafiə etdiyi hər şeyə ziddir.
CERN sülh üçün hərəkətverici qüvvə kimi sərhədləri aşan elmi əməkdaşlığın əsas dəyərlərini dəstəkləməyə davam edəcək”, – təşkilatdan bildiriblər. Yüksək enerji fizikası üzrə dünyanın ən böyük laboratoriyası olan CERN (Conseil Europen pour la Recherche Nucleaire) İsveçrədə yerləşir və nüvə tədqiqatları ilə məşğul olur.
Azpost.info