Avropa Parlamenti Macarıstanın Aİ Şürasının sədrliyinə keçməsini istəmir

Gələn yay Avropa İttifaqı Şurasına sədrlik Macarıstana keçməlidir. Lakin Avropa Parlamenti hesab edir ölkə Aİ qanunvericiliyini dəfələrlə pozduğuna görə Aİ Şürasının sədri vəzifəsinə uyğun deyil.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Parlamentinin gələn həftə baxılması planlaşdırılan qətnamə layihəsində deyilir.

Onun sözlərinə görə, bu layihəni Avropa Parlamentinin üç ən böyük partiyası – mühafizəkar Avropa Xalq Partiyası, “Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı”, “Yenilənən Avropa” dəstəkləyir.

Nəşr qeyd edir ki, sənəd hüquqi qüvvəyə malik deyil, lakin Brüssel və Budapeşt arasında daha bir böyük siyasi fikir ayrılığına işarə edir.

Qeyd edək ki, Macarıstan vaxtaşırı Rusiya əelyhinə sənədlərin qəbuluna qarşı çıxır və Aİ-dənUkraynaya yardım təşəbbüslərinin qarşısını alır.

Azpost.info

Əvvəlki məqalə

Tovuzda 75 yaşlı kişi minaya necə düşüb? –

Sonrakı məqalə

Tovuzda 75 yaşlı kişinin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır