Avropa Parlamenti Rusiya əleyhinə qətnamə hazırlayıb- Noyabrın 23-də səsvermə olacaq

“Avropa Parlamenti noyabrın 23-də Strasburqda keçirilən plenar iclasda Rusiyanı “terrorizmin sponsoru” kimi tanıyan qətnaməyə səs verməyə hazırlaşır”.

Azpost.info xəbər verir ki, bunu AP-nin rəsmi nümayəndəsi Delfin Kolard deyib.

“Çərşənbə günü deputatlar mülki obyektlərə kütləvi hücumların intensivləşməsi fonunda Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qətnaməyə səs verəcəklər”, – Kolard bildirib.

Qeyd edək ki, oktyabrın sonunda Polşa Senatı yekdilliklə Rusiyanın terrorçu rejim kimi tanınması barədə qətnamə qəbul edib. Sənəddə Polşa parlamentariləri Rusiya təcavüzünü pisləyiblər və digər ölkələri də analoji addımı atmağa çağırıblar.

Azpost.info

Əvvəlki məqalə

“Bu mesajı Rusiyaya çatdırmaqda bizə kömək edin!”

Sonrakı məqalə

“Nadir Səlifovu mən öldürməmişəm” –