Avropa Parlamenti Rusiyanı terror himayədarı kimi tanıyan qətnamə ilə bağlı razılığa gəlib

Avropa Parlamenti Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyan qətnamənin mətni ilə bağlı razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Andrius Kubilius “Twitter“ hesabındakı paylaşımında bildirib.

“Avropa Parlamentinin siyasi qrupları arasında 4 saat çəkən müzakirələrdən sonra mətnlə bağlı razılığa gəlinib. Əsas xətt budur: “Avropa Parlamenti … Rusiyanı terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır ””, – deyə Kubilius qeyd edib.

Əvvəlki məqalə

Azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı uşaq saxlanıldı

Sonrakı məqalə

Hikmət Hacıyev İran səfiri ilə görüşüb