Avropa Parlamenti “Tvitter” sosial şəbəkəsində Ukrayna dilində səhifə açıb.
Azpost.info xəbər verir ki, səhifədə ilk tvit Avropa Parlamentinin sədri Roberta Metsolanın Ukraynaya səfərinə həsr olunub. Növbəti məlumat Ali Radanın köməyi ilə Ukrayna haqqında yeni veb-saytın yaradılması barədədir.
“#StandwithUkraine Avropa Parlamentinin Ukrayna Ali Radası ilə əməkdaşlıqda yaratdığı yeni resursdur. İngilis və Ukrayna dillərində olan veb-saytda ən son xəbərlər, videolar, qətnamələr və s dərc olunur. Yoxlayın – http://eptwitter.eu/Ukraine”, – tvitdə deyilir.
Azpost.info