Avropa Parlamentində “qızıl viza” qalmaqalı- İspaniya sanksiyaları pozmaqda şübhəli bilinir

Avropa Parlamentinin üzvləri İspaniyanı Aİ-nin sanksiya rejimi ilə bağlı tələblərindən yan keçərək ruslara və belaruslara “qızıl viza” verməkdə şübhəli bilirlər.

Azpost.info xəbər verir ki, avropalı deputatlar məsələyə aydınlıq gətirmək üçün İspaniyanı yoxlamağa çağırıblar.

Məlumata görə, bir qrup deputat Avropa Komissiyasına İspaniya hakimiyyətinin investisiya üçün yaşayış icazəsi almaq sxemi üzrə Rusiya vətəndaşlarına “qızıl viza” verməkdə davam etdiyi ilə bağlı müraciət göndərib.

Yeri gəlmişkən, 2017-2022-ci illər arasında İspaniya qanuna uyğun olaraq yaşayış icazəsi müqabilində Rusiya vətəndaşlarından 3,400 milyon avro investisiya alıb.

Müraciətdə deyilir ki, İspaniya hökuməti rəsmi olaraq Avropa Komissiyasının Rusiya və ya Belarusdan olan investorlara yaşayış icazələrinin verilməsinin dayandırılması ilə bağlı 2022-ci ilin martında tövsiyəsini yerinə yetirməyə razılaşıb.

Deputatlar qeyd ediblər ki, İspaniya hökuməti “qızıl viza”ların verilməsi ilə bağlı məlumat verməkdən imtina edib. Hüquqşünasların fikrincə, ölkə öz öhdəliyini pozub və Rusiya və Belarusdan olan investorlara yaşayış icazəsi verməkdə davam edir.

Müraciətdə o da vurğulanır ki, Miqrasiya və Xarici İşlər nazirlikləri 2015-ci ilin aprelində sonuncu icbari illik hesabatdan sonra məlumat dərc etməyiblər və XİN-in sorğusuna cavab olaraq konsulluqlarda belə statistik məlumatların aparılmadığını bildiriblər.

Azpost.info

Əvvəlki məqalə

Ukraynadan Rusiya ərazisinə müdaxilə etmiş hərbi dəstə məhv edilib –

Sonrakı məqalə

Tovuzda qaçırılan 13 yaşlı qız ailəsinə təhvil verilib