Yunanıstan Avropa Parlamentinin sədr müavini Eva Kaylinin aktivlərini korrupsiya şübhələrinə görə dondurub.
Azpost.info xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, hesablar və seyflər də daxil olmaqla, Kaylinin qohumlarının aktivləri də həbsə məruz qalır.
Yunan siyasətçi Eva Kaili və daha 3 nəfər korrupsiya işi ilə bağlı ittiham olunaraq həbs edilib. Federal prokurorlar hələ ki, digər şübhəlilərin adlarını açıqlamayıblar.
Prokurorluqdan verilən açıqlamaya görə, bir gün əvvəl Kaylinin evində axtarış aparılıb.
Azpost.info