Avropada hərbi xərclər ilk dəfə “soyuq müharibə” səviyyəsini aşıb- RƏQƏMLƏR

Avropada hərbi xərclər ilk dəfə olaraq “soyuq müharibə” səviyyəsini aşıb.

Azpost.info xəbər verir ki, bunu Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünya hərbi xərclərinə dair hesabatı ortaya qoyur.

Hesabata görə, ümumi ayırmalar 3,7 faiz artaraq 2,240 trilyon dollara çatıb. Ən böyük sıçrayış Avropada qeydə alınıb – 13faiz. Bu, əsasən Ukrayna və Rusiyanın müharibəyə sərf etdiyi pullardır.

Amma Avropanın digər dövlətləri də silahlanmağa məcburdurlar. Birbaşa münaqişədə iştirak etməyən ölkələrdən müdafiə xərclərini ən çox (36 faiz) Finlandiya artırıb. Litvada bu xərclər 27, İsveçdə 12, Polşada 11 faiz artıb.

Ən çox hərbi xərclərə malik ölkə ABŞ-dır – 877 milyard dollar və ya dünya üzrə ümumi vəsaitin 39 faizi.

Çin 28 ildir ardıcıl olaraq hərbi xərclərini artırır. O cümlədən 2022-ci ildə 4,2 faiz artırıb. Lakin bu xərclər hələ də ABŞ-dan üç dəfə azdır – 292 milyard dollar.

Azpost.info

Əvvəlki məqalə

Dumada ingilis dilinin məktəb proqramından çıxarılması təklif edilib

Sonrakı məqalə

Son iki ay ərzində Suraxanıda narkotik satan 60 nəfər saxlanılıb