Sloveniya koronavirus pandemiyası ilə əlaqədar karantin rejimini başa çatdıran ilk Avropa ölkəsi olub.
Trend-in məlumatına görə, ölkə hökuməti ötən gecədən etibarən epidemiyanın başa çatdığını elan edib.
Qeyd olunur ki, son iki həftə ərzində Sloveniyada yoluxanların sayı gündə 7 nəfərdən çox olmayıb.
Bu gündən etibarən Sloveniyaya gələnlərin karantinə alınması dayandırılır.
Qeyd edək ki, bu günə qədər Sloveniyada 1 464 nəfər virusa yoluxub, 103 nəfər ölüb, 322 nəfərin isə müalicəsi davam edir.