“Avropada sirk çadırında gəzən saqqallı model”- Medvedev Zelenskini məsxərəyə qoydu

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskinin Avropaya səfərini məsxərəyə qoyaraq onu “Avropada sirk çadırında gəzən yaşıl üfunətli köynəkdə saqqallı model” adlandırıb.

Azpost.info xəbər verir ki, Medvedev bu barədə “Teleqram” kanalında yazıb.

“Canlı yayımlar, qəzetlərin manşetləri, “Avropa bossları” ilə fotolar… Ukrayna prezidenti Avropanı gəzərkən hər gün yüzlərlə ukraynalı hakim nasist qruplaşmasının maraqları uğrunda ölür”, – Medvedev qeyd edib.

Medvedevin fikrincə, hazırkı Avropa liderləri yalnız diletantlar və rusofoblardır ki, onlar İkinci Dünya müharibəsindən sonra müstəqil və firavan Avropa qurmağa çalışan sələfləri ilə eyni sırada heç vaxt dayana bilməyəcəklər: “Avropa dünyanın hər yerindən gələn mühacirlərin hücumu altında dağılır və tezliklə tamamilə yox olacaq”.

Azpost.info

Əvvəlki məqalə

“Qara qızıl”dan “Yaşıl enerji”yə –

Sonrakı məqalə

Sabah hava necə olacaq?