“Avropada yeni təhlükəsizlik arxitekturasının qurulması zəruridir”- MAKRON

“Ukraynadakı münaqişənin həllindən sonra Avropada yeni təhlükəsizlik arxitekturasının qurulması zəruridir”.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

“Ukraynaya sülh qayıdanda biz bunun nəticələri ilə üzləşməli olacağıq. Bu o deməkdir ki, biz yeni təhlükəsizlik arxitekturası qurmalı, Avropada sabitliyi və silahlara nəzarəti bərpa etməli olacağıq”, – Makron bildirib.

Almaniyanın keçmiş kansleri Angela Merkel də ümumavropa təhlükəsizlik arxitekturasının yaradılmasının zəruriliyindən danışmışdı. Onun sözlərinə görə, bütün dövlətlərə uyğun gələn təhlükəsizlik şərtlərinə nail olmaq lazımdır. Merkel Rusiyanın da bu prosesə cəlb edilməli olduğunu demişdi.

Azpost.info

Əvvəlki məqalə

Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə müraciət edib

Sonrakı məqalə

“Sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan və Ermənistanla sıx koordinasiyadayıq”