Avropada yüzlərlə aviareys ləğv olunub- Güclü fırtınaya görə

Güclü “Kyara” fırtınası səbəbindən Avropanın şimal-qərbində, o cümlədən Böyük Britaniya və İrlandiyada yüzlərlə təyyarə və qatar reysləri ləğv olunub. Həmçinin La-Manş boğazı üzərindən bərə hərəkəti dayandırılıb.

Avropanın ən yüklü üçüncü hava limanı olan Sxipxol (Amsterdam) aeroportunda 240 aviareysin ləğv edildiyi bildirilir. Brüssel aeroportunda 60, Düsseldorf aeroportunda isə 120 reys ləğv olunub. Berlin, Münhen, Köln, Hannover, Frankfurt şəhərlərində də hava nəqliyyatının işində problemlər yaşanır

Kəskin hava şəraiti səbəbindən Böyük Britaniyada 60 min, İrlandiyada isə 10 min ev işıqsız qalıb. Uelsin şimal-qərbində küləyin sürəti saatda 150 kilometrə, Fransanın şimalında isə 140 kilometrə çatır(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK-ya seçkilərlə bağlı hələlik rəsmi şikayət daxil olmayıb

Sonrakı məqalə

“Güclü külək qarın Bakıya yağmasını əngəlləyib”