“Avropalı tərəfdaşlarımız Ukraynaya 13 milyardlıq hərbi yardım ayırıblar”- BLİNKEN

ABŞ-ın avropalı tərəfdaşları münaqişə başlayandan bəri Ukraynaya hərbi yardım üçün 13 milyard dollar ayırıblar.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Aİ rəsmisi Jozep Borrellə görüşdən sonra bildirib.

“ABŞ və Avropa İttifaqı Ukraynanın özünü müdafiə edə biləcəyinə əmin olmaq üçün əməkdaşlığı davam etdirir. Avropalı tərəfdaşlar Ukraynaya 13 milyard dollar hərbi yardım ayırıblar”, – Blinken deyib.

Borell daha əvvəl bildirmişdi ki, Aİ ölkələri Ukraynaya 60 milyard avrodan çox müxtəlif yardımlar göstəriblər. Hərbi yardım isə 12-13 milyard avro olub.

Azpost.info

Əvvəlki məqalə

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib

Sonrakı məqalə

G7 Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını müzakirə edəcək