Avropanın nəhəng dərman şirkəti Rusiya bazarını tərk edir

Avropanın ən böyük insulin istehsalçılarından olan “Novo Nordisk” Rusiya bazarını tərk edir.

Azpost.info xəbər verir ki, Rusiya mətbuatı bunu dərman bazarındakı iki mənbəyə istinadən yazıb.

Mənbə əlavə edib ki, “Novo Nordisk”in Rusiyadakı biznesini idarə etmək üçün mümkün iddiaçı İsveçrənin “Swixx Biopharma” şirkətidir.

ABŞ və Aİ ölkələri Rusiyaya əczaçılıq məhsullarının tədarükünə qarşı sanksiyalar tətbiq etməyiblər, lakin Ukraynada müharibə başlayandan sonra Qərb şirkətləri logistika çətinlikləri səbəbindən Rusiya bazarını tərk edirlər.

Ötən ilin sonunda “Novo Nordisk” “Roszdravnadzor”a məşhur diabet dərmanı “Ozempika”nın Rusiyaya çatdırılmasını dayandırmaq niyyəti barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, ötən il 28 dərman istehsalçısı Rusiyaya tədarükünü dayandırıb. DSM Group və RNC Pharma-nın hesablamalarına görə, pərakəndə satışda Rusiya istehlakçılarına təqdim olunan dərmanların sayı 2,4 min ədəd azalıb.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə avtomobillərin qiymətləri ucuzlaşacaqmı?

Sonrakı məqalə

“Vaqner” qrupunda Ukraynada döyüşən Salyan sakini həlak olub –