“Avstriya Şengen zonasının genişləndirilməsini dəstəkləməyə hazır deyil”.
Azpost.info xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Gerhard Karner deyib.
Onun sözlərinə görə, sərhəddəki dözülməz vəziyyət Şengen sazişinin işləmədiyini göstərir.
“Ona görə də sistemin daha da genişləndirilməsinin mənası yoxdur. Təhlükəsizliyə cavabdeh olan daxili işlər naziri kimi, mən “yox” deyirəm”, – Karner bildirib.
Nazir Şengen zonasına daxil olmağa çalışan qeyri-qanuni miqrant axınının artmasına da toxunub. O, həmçinin Şengen zonası dövlətləri arasında müvəqqəti sərhəd nəzarətinin tətbiqini xatırladaraq deyib ki, bu, sazişin fəaliyyətsizliyini təsdiqləyir.
Azpost.info