Avtomobil, ehtiyat hissələri, tikinti avadanlığı…- Seul Rusiyaya ixracı sərtləşdirdi

Cənubi Koreya ixracı üçün hökumətdən xüsusi icazə tələb olunan malların siyahısını genişləndirib.

Azpost.info xəbər verir ki, indi belə malların sayı 57-dən 798-ə qədər artırılır.

“Aprelin 28-dən etibarən Rusiya və Belarusa ixraca nəzarətin gücləndirilməsi tam şəkildə həyata keçiriləcək. Buna əsasən, ixrac məhdudiyyəti olan malların siyahısı 57-dən 798-ə qaldırılır”, – Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyindən bildiriblər.

Nəticədə sənaye və tikinti avadanlığı, polad məmulatları, kimya sənayesi məhsulları, avtomobil, 50 min dollardan yuxarı avtomobil hissələri, konduktorlar və kvant kompüterləri daxil olmaqla, siyahıya 741 ad əlavə edilib.

24 mart 2022-ci ildə Seul 57 qeyri-strateji mal və texnologiya kateqoriyası üzrə malların Rusiyaya ixracına nəzarət etdiyini elan etmişdi. Məhdudiyyətlər çərçivəsində Koreya şirkətləri Rusiyaya mal göndərmək üçün öz ölkələrinin hökumətindən icazə almalı idilər.

Azpost.info

Əvvəlki məqalə

“Lavrovun Moskva-Nyu-York reysini 3 milyona yaxın insan izləyib”

Sonrakı məqalə

Prezident İlham Əliyev Gürcüstan müdafiə nazirini qəbul edib