Axtarışda olan 24, cinayətdə şübhəli bilinən 66 nəfər saxlanılıb –DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə DİN mətbuat xidməti məlumat verib.
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birjalarda neft ucuzlaşıb

Sonrakı məqalə

Dövlət büdcəsi hansı mənbələr hesabına formalaşacaq? –