Ayaz Mütəllibovun 1991-ci ildə AXC ilə birgə yaratdığı Milli Şura –

Müstəqil parlamentin ilk üzvləri kimlər idi? (DAİRƏLƏR ÜZRƏ SİYAHI)
05 Fevral 2020 - 22:58

1991-ci ilin oktyabrında elan edilmiş müstəqil Azərbyacan Respublikası o dövrün çox böyük siyasi təlatümlərindən keçərək  formalaşa bildi. O zaman üçün əsas hadisə Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması oldu. 

Azərbaycan Prezidenti Ayaz Mütəllibovun rəhbərlik etdiyi kommunist nomenklaturası ilə demokratik hərəkat arasında ölkənin idarə olunması üçün kompromis variant kimi nəzərdə tutulmuş  Milli Şura bir müddət sonra Milli Məclis adlandırılaraq ölkənin bütün ictimai-siyasi gündəminin aparıcı sisteminə çevrildi. Kommunistlərdən və demokratlardan təşkil olunmuş 50 nəfərlik Milli Şura 1991-ci ildə fəaliyyətə başlayaraq 1993-cü ilin iyun qiyamına qədər Azərbyacan siyasi gündəmini müəyyən edən əsas orqan kimi yadda qalıb.

Milli Şuranın ilk tərkibi kifayət qədər rəngarəng olub. Bu siyahı ilə tanış olduqca idarəçilik təcrübəsi baxımından kommunist “boss”larla yeni demokratik hərəkatın fəalları arasında kəskin fərqi sezmək mümkündür. Amma əsas məqam odur ki, məhz Milli Şurada təmsil olunmaqla  demokratik hərəkatın böyük bir kəsimi ölkə siyasi həyatına müncər oluna bildi. Bu müstəqil Azərbyacan dövlətinin yeni siyasi nəsli idi.

Bu şəxslərdən bir neçəsi dünyasını dəyişib, bəziləri ağır həbsxana həyatından keçib, güllələnərək öldürülüb.  Bu şəxslərdən bir neçəsi isə hazırda siyasi partiya rəhbəridir. Aralarında siyasi mühacirətdə yaşayanlara da rast gəlmək olur. Bütün bunlara baxmayaraq, müstəqil Azərbyacanın ilk qanunverici orqanı olan Milli Şura üzvləri istiqlal tarixinə düşərək Azərbaycan siyasi tarixinin bir hissəsinə çevrilə biliblər.

 

Azpost.info Azərbyacan tarixində böyük iz qoymuş Milli Şuranın ilk tərkibini oxuculara təqdim edir.

Elmira Qafarova – Şəmsabad seçki dairəsindən deputat, Ağdaş rayonu, Azərbaycan Respublikasının Ali Sovetinin sədri.

 Ziyad Səmədzadə – Xaçmaz seçki dairəsindən deputat, Azərbaycan Respublikası ali Soveti sədrinin birinci müavini.

Tamerlan Qarayev – Ağdam ikinci şəhər seçki dairəsindən deputat, Ağdam rayonu, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavin.

Sərvər Aslanov – Nizami seçki dairəsindən deputat, Bakı şəhərinin 26 Bakı Komissarı rayonu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru.

Fizulu Axundov – Maştağa seçki dairəsindən deputat, Bakı şəhərinin Lenin rayonu ,Azərbaycan Bədii Fondunun tərtibatçı rəssamı.

Bəxtiyar Vahabzadə – N.Tusi seçki dairəsindən deputat, Bakı şəhərinin Xətai rayonu, Azərbaycanın xalq şairi, M.Ə. Rəsulzadə adına BDU-nun professoru.

Yusif Vəkilov (Səmədoğlu) – Daş Salahlı seçki dairəsindən deputat, Qazax rayonu, “Azərbaycan“ jurnalının baş redaktoru.

Rəhim Qazıyev – Şəki birinci şəhər seçki dairəsindən  deputat, Şəki şəhəri, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü.

Tofiq Qasımov – Kalininkənd seçki dairəsindən deputat, Ağstafa rayonu, Azərbaycan Respublikası EA Fizika İnistutunun  böyük elmi işçisi.

İsa Qəmbərov – Babək adına seçki dairəsindən deputat, Bakı şəhərinin Xətai rayonu, Azərbaycan Xalq Cəbhəsi İdarə Heyəti sədrinin müavini.

Tofiq Əzizov – Sahil seçki dairəsindən deputat, Bakı şəhərinin Suraxanı rayonu , ”Nord” elmi-istehsalat birliyinin baş direktoru.

Hacıbaba Əzimov – Kərkəlan seçki dairəsindən deputat, Lənkəran şəhəri, Azərbaycan Dövlət Pedoqoji Universitetinin kafedra  müdiri.

Sülhəddin Əkbərov – Qıvraq seçki dairəsindən deputat, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Naxçıvan şəhər Xalq Məhkəməsinin tibb eksperti.

Əliyev M.N. – Aşağı Göynük seçki dairəsindən deputat, Şəki şəhəri, müvəqqəti işləmir.

Tahir Əliyev – Sumqayıt Boru prokat seçki dairəsindən deputat. Sumqayıt şəhəri, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü.

Əliyev T.F. – Bülbülə seçki dairəsindən deputat, Bakı şəhərinin Suraxanı rayonu, Bakı şəhər Xalq Deputatları Soveti sədrinin müavini.

Xeyrulla Əliyev – Privolnoye seçki dairəsindən deputat, Cəlilabad rayonu, Azərbaycan Respublikasının Ali Soveti mədəniyyət və dini əqidə məsələləri daimi komissiya sədrinin müavini.

Şaitdin Əliyev .- Şüvəlan seçki dairəsində deputat. Bakı şəhərinin Əzizbəyov rayonu, Şüvəlan qəsəbə Xalq Deputatları Soveti icraiyyə komitəsinin sədri.

Vahid Əhmədov – “Gənclik” seçki dairəsindən deputat, Bakı şəhərinin Nizami rayonu, “Bakıneftmaş” İstehsalat Birliyinin baş direktoru,

Fərrux Zeynalov – Bilgəh seçki dairəsindən deputat, Bakı şəhərinin  Lenin rayonu , ”Xalq üçün mallar” Dövlət Konserni “Azəryüngülsənayetoxucutəchizatsatışxammal” firmasının baş direktoru.

İbrahim İbrahimov – Leninabad seçki dairəsindən deputat, Naxçvan Muxtar Respublikası Babək rayonu, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkili şöbəsinin müdiri.

Rafiq İsmayılov – Evoğlu seçki dairəsindən deputat, Tərtər rayonu, Ç.İldırım adına Azərbaycan Mühəndis –Texniki Universitetinin kafedra müdiri.

Tapdıq Kamalov – Vidadi adına seçki dairəsindən deputat, Bakı şəhərinin  Lenin rayonu, Razin qəsəbə Xalq Deputatları Sovet İcraiyyə komitəsinin sədri.

Hicran Kərimli – Ordubad seçki  dairəsindən deputat, Naxçıvan  Muxtar  Respublikası Ordubad şəhəri, Ordubad konserv zavodunun baş iqtisadçısı.

Tofiq Köçərli – Gədəbəy seçki dairəsindən deputat , Gədəbəy rayonu, Bakı Sosial İdarəetmə və Politologiya İnistutunun professoru.

Nadir Mehdiyev – Kommunist seçki dairəsindən deputat, Bakı şəhərinin  26 Bakı  Komissarı rayonu, Azərbaycan Respublikası EA ”Biotex” elm-istehsalat birliyinin baş direktoru.

Etibar Məmmədov – Nərimanov seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü.

Mürşüd Məmmədov – Gəncə-Hacıbəyov seçki dairəsindən deputat, Gəncə şəhərinin Kəpəz rayonu, Gəncə Pedaqoji İnistutunun dosenti.

Soltan Məmmədov – Astara seçki dairəsindən deputat, Astara rayonu, Azərbaycan Respublikası Ali Soveti Mənzil-kommunal təsərrüfatı daimi komissiyasının sədri.

Məmmədov X.Ə. – Laçın seçki dairəsindən deputat, Laçın rayonu İcra Hakimiyyətinin başçısı.

Mətləb Mütəllimov – Sumqayıt-Tələbə seçki dairəsindən deputat, Sumqayıt şəhəri, Sumqayıt Politexnik Texnikumunun  müəllimi

İnqilab Nadirov – Hindarx kənd seçki dairəsindən deputat, Ağcəbədi rayonu, Azərbaycan  Respublikası Kitabxana Kollektorunun direktoru.

Nəcəf Nəcəfov – Beynəlmiləl seçki dairəsindən deputat, Bakı şəhərinin Kirov rayonu , ”Azadlıq” qəzetinin redaktoru.

Cümşüd Nuriyev – Oktyabr seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu, Qarabağa Xalq Yardım Komitəsi sədrinin birinci müavini.

Arif Rəhimzadə – Tərtər seçki dairəsindən deputat, Azərbaycan Respublikası Ali Sovetinin  Kənd təsərrüfatı daimi komissiyasının sədri.

Ədalət Rəhimov – Sumqayıt-Axundov seçki dairəsindən deputat, Sumqayıt şəhəri, Azərbaycan Respublikası EA Xlorüzvüsintez İnistutunun labaratoriya müdiri.

Kamran Rəhimov – Bədəlan seçki dairəsindən deputat, Masallı rayonu “Dirçəliş”jurnalının redaktoru.

Tofiq Rüstəmov – Nügədi seçki dairəsindən deputat, Quba rayonu “Xalq qəzeti”nin baş redaktoru.

Sabir Rüstəmxanlı – Mehmandarov adına  seçki dairəsindən deputat, Bakı şəhəri Xətai rayonu, Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri.

Vladimir Timoşenko – Sumqayıt Beynəlmiləl seçki dairəsindən deputat, Sumqayıt şəhəri, hərbi qulluqçu.

Ramiz Fətəliyev – Musabəyov seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu,  C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru.

Mirmahmud Fəttayev  – Sumqayıt-Corat seçki dairəsindən deputat, Sumqayıt şəhəri, V.İbrahim adına 35 nömrəli Sumqayıt şəhər orta məktəbinin müəllimi.

Arif Hacıyev – Aşağı Tala seçki dairəsindən deputat, Zaqatala rayonu, Zaqatala  yerli radio verilişləri redaksiyasının redaktoru.

Şirin Hacıkərimov – Şıxliniski seçki dairəsindən deputat. Bakı Şəhəri Xətai rayonu, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Xətai rayonu şöbəsinin rəisi.

Məryəm Həsənova  – Siyəzən seçki dairəsindən deputat, Dəvəçi rayonu, Zarat kənd orta məktəbinin direktoru.

Şadman Hüseynov  – Gəncə-Lenin seçki dairəsindən deputat, Gəncə şəhərinin Kəpəz rayonu , Gəncə dəmiryol xəstəxanasının baş həkimi.

Afiyəddin Cəlilov – Sədərək seçki dairəsindən deputat, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Azərbaycan Respublikası  Ali Sovetinin  Milli siyasət və millətlərarası məsələlərdaimi komissiyasının  sədri

Firudin Cəlilov – Üçüncü Kirov seçki dairəsindən deputat, Bakı şəhərinin  Kirov rayonu, M.Ə.Rəsulzadə adına BDU-nun dosenti

İxtiyar Şirinov – Puta seçki dairəsindən deputat, Bakı şəhəri Qaradağ rayonu, Beyləqan rayonunun prokuroru.

İsmayıl Şıxliniski (Şıxlı) – Qazax seçki dairəsindən deputat, Qazax rayonu, Azərbaycan xalq yazıçısı.

 Azərbaycan parlamentarizm tarixində Milli Şuranın öz yeri və izi qalacaq. Milli Şura 180 gün fəaliyyət göstərib 38 iclas keçirib. 1992-ci ilin may ayının 18-də Azərbyacan Respublikasının Milli Məclisi adlandırılıb.

 

Xaqani SƏFƏROĞLU