“Azərbaycan məktəbi”nin sabiq baş redaktorunun barəsində cinayət işi başlanıb

Baş Prokurorluq Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi ilə bağlı məsələyə münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.

Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Həlak olmuş hərbçilərin siyahısının sosial şəbəkəyə necə sızması araşdırılır” –

Sonrakı məqalə

Prezident Qubanın Qonaqkənd qəsəbəsinə gedib, sakinlərlə görüşüb –